Peyntbol çempionatının püşkü atıldı

Gənclər təşkilatları arasında peyntbol idman növü üzrə çempionatın püşkatma mərasimi keçirilib. Allsport.az xəbər verir ki, bu gün “İrəli” İctimai Birliyinin ofisində Azərbaycan Gənc Hüquqşünaslar Birliyi və Gənclər üçün Təhsil Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Respublikası Peyntbol Federasiyasının təşkilatı dəstəyi ilə Gənclər Təşkilatları arasında Peyntbol İdman növü üzrə çempionatın püşkatma mərasimi baş tutub.

20 gənclər təşkilatları komandalarının nümayəndələrinin iştirakı ilə keçən püşkatmada çempionatın cədvəli müəyyənləşdirilib.

Qeyd edək ki, çempionat 1 mart 2015-ci ildə başlayacaq və ümummilli lider Heydər Əliyevin doğum günündə, mayın 10-da yekunlaşacaq.

Həmin kateqoriyadan