PFL 3-cü turda 2 görüşü təxirə salıb

Ölkə çempionu Peşəkar Futbol Liqasına müraciət edib. Allsport.az saytı xəbər verir ki, ölkəmizi Avropa liqasının pley-off mərhələsində təmsil edən “Qarabağ” oyuna daha yaxşı hazırlaşmaq məqsədi ilə 3-cü turda “Neftçi”yə qarşı keçiriləcək oyunun vaxtının dəyişdirilməsini xahiş edib.

“Köhlən atlılar”ın avrokuboklarda çıxışını və əsasnaməni rəhbər tutan PFL “Qarabağ” – “Neftçi” matçının 25 avqust tarixdən 26 avqust tarixə keçirilməsinə qərar verib.

Bütün görüşlərin canlı yayımlanmasını təmin etmək məqsədi ilə hər iki klubun razılıq məktubundan sonra “Zirə” – “Sabah” matçı ilə bağlı da dəyişiklik reallaşıb. Sözügedən oyun 26 avqust tarixdən 25 avqust tarixə keçirilib.

Həmin kateqoriyadan