PFL “Qəbələ”nin oyunlarının vaxtını dəyişdirdi

Topaz Premyer Liqasının 14-cü turunun və Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyun cədvəlində dəyişiklik edilib. Allsport.az xəbər verir ki, ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən “Qəbələ” Peşəkar Futbol Liqasına müraciət edərək, “Rəvan”la görüşün vaxtının dəyişdirilməsini xahiş edib.

“Qəbələ”nin Avropa Liqasında oyununu və yarışların əsasnaməsini rəhbər tutan PFL “Qəbələ” – “Rəvan” görüşünün 29 noyabr tarixindən 30 noyabr tarixinə keçirilməsinə qərar verib.

Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Qəbələ” – “Mil Muğan” və “Rəvan” – “Bakı” matçları isə 2 dekabr tarixindən 3 dekabr tarixinə dəyişdirilib.

Həmin kateqoriyadan