“Pirelli”dən Britaniya qran-prisi üçün təkər seçimi

Formula1 çempionatın yeganə təkər təchizatçısı olan “Pirelli” mövsümün ilk 9 qran-prisinə gətirəcəyi təkər tərkiblərini açıqlamışdı. Allsport.az saytı xəbər verir ki, növbə Britaniyada baş tutacaq mövsümün 10-cu yarışı üçün seçim elan etməyə çatıb.

F-1.az xatırladır ki, şirkət İspaniyaya bu il ilk dəfə “Hard” təkərləri gətirmişdi. Təchizatçı Silverstoundakı yarışa da ən sərt tərkibi aparmağı planlaşdırırdı, lakin sürücülərin kəskin tənqidlərindən sonra öz qərarını yenidən nəzərdən keçirib.

İtalyan şirkətin mətbuat xidmətindən bildirilib ki, Silverstounda komandalara “Medium”, “Soft” və “SuperSoft” tərkiblər veriləcək. Medium və Soft tərkiblər məcburi elan olunub. Qeyd edək ki, keçən il Britaniya qran-prisinə “Hard”, “Medium” və “Soft” tərkiblər gətirilmişdi…

Həmin kateqoriyadan