О’Kallahan: “Milli Gimnastika Arenası Avropa Oyunlarına tam hazırdır”

“Azərbaycanın Milli Gimnastika Arenası Avropa Oyunlarının keçirilməsinə tam hazırdır”. Allsport.az xəbər verir ki, bunu Avropa Oyunlarının Əməliyyat Komitəsinin idman direktoru Pirs О’Kallahan Bakıda mətbuat konfransında deyib.

Onun sözlərinə görə, əcnəbi qonaqlar qeyd edirlər ki, bu, indiyədək gördükləri ən yaxşı gimnastika arenasıdır: “Biz şübhə etmirik ki, arena altı növ üzrə yarışlara tam hazırdır”.

P. О’Kallahan qeyd edib ki, Azərbaycan Gimnastika Federasiyasının böyük texniki təcrübəsi var: “Federasiyada Olimpiya Oyunlarında hakimlik edən bir çox beynəlxalq hakim var. Bundan başqa, məşqçilər zəruri kvalifikasiyalara malikdirlər. Buna görə də qətiyyən şübhə etmirik ki, arena və önəmlisi, insanlar (Azərbaycan Gimnastika Federasiyasındakı – red.) lazımi səviyyədədirlər”.

Həmin kateqoriyadan