Piunov və Qrişunin 10 ən yaxşı gimnast arasında

Martın 21-də Niderlandın Alsmer şəhərində yekunlaşan “Flower Cup 2015” adlı beynəlxalq yarışın nəticələrinə əsasən Azərbaycan batutçuları Oleq Piunov və İlya Qrişunin 10 ən yaxşı gimnastın sırasına daxil olub. Allsport.az xəbər verir ki, Qrişunin 6-cı, onun komanda yoldaşı Piunov isə 8-ci yerdə qərarlaşıb.

Bu kateqoriyada ümumi 42 iştirakçı mübarizə aparırdı. Havada uçuş müddətinə görə hakimlərdən ən yüksək xal alan Oleq Piunov yarışın xüsusi mükafatına layiq görülüb.

Həmin kateqoriyadan