Pol-Andre Helland: Azərbaycanla səfər oyunu bizim üçün asan keçməyəcək

Norveç millisinin yarımmüdafiəçisi Pol-Andre Helland DÇ-2018-in seçmə mərhələsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, o, sabahkı görüş barəsində bunu deyib:

“Fikrimcə, Azərbaycan və San Marinoya qarşı keçirəcəyimiz növbəti iki oyunda 6 xal qazana bilərik. İlk oyun çətin olacaq. Azərbaycanla səfər oyunu bizim üçün asan keçməyəcək.

Çünki onlar doğma meydanda uduzmaq istəməyəcəklər. Bunun üçün maksimum güc sərf edəcəklər. Amma bizə qələbə lazımdır. Əks halda çox pis olacaq”.

Həmin kateqoriyadan