DÇ-2014
Polina Rəhimova ən məhsuldar voleybolçudur

İtaliyada keçirilən qadın voleybolçular arasında dünya çempionatının 2-ci mərhələsindən sonra, müxtəlif mövqelər üzrə “ən yaxşılar”ın adları müəyyənşib. Allsport.az saytı xəbər verir , Azərbaycan millisinin hücumçusu Polina Rəhimova 8 matçın yekununa əsasən bombardirlər siyahısına başçılıq edir.

 

Onun hesabında 229 xal var. İdmançımızın ən yaxın izləyicilərinin daha 3 matç keçirəcəyini nəzərə alsaq, Polinanın geri düşəcəyi gözləniləndir.

 

24 yaşlı oyunçu topu oyuna ən yaxşı daxil edənlər arasında da birincidir. Hücumçumuzun 18 servisi komandamıza birbaşa xal qazandırıb. Burada bizim kimi mübarizəni dayandıran Leys Şarlotte (Belçika) və Mia Jerkov (Xorvatiya) Rəhimovadan 3 top geri qalırlar.

 

Həmin kateqoriyadan