Polina Rəhimova: Azarkeşlərin səssizliyi məni məyus edir

Bakı idman sarayında qadın voleybolçuların DÇ-2018-in seçmə oyunları çərçivəsində millimiz “E” qrupunun 3-cü görüşündə danimarkalı həmkarlarını 3:0 hesabı ilə üstələdi. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra komandamızın hücumçusu Polina Rəhimova qələbəyə belə şərh verdi:

“Hamı bura gəlir. Ancaq sanki kimsə ölüb. Çünki oyunu sakit izləyirlər. Mən fərqli atmosferlə üzləşəcəyimi gözləyirdim. Düşünürdüm ki, bayraqlarla gələcəklər və qışqıra-qışqıra bizə dəstək verəcəklər. Amma belə sakitlik mənə pis təsir edir”.

Həmin kateqoriyadan