Polis “Qarabağ” azarkeşlərini vəhşicəsinə döyüb

Premyer liqanın açılış matçı qalmaqalla başlayıb. Allsport.az saytı xəbər verir ki, Bakı olimpiya stadionunda keçirilən “Qarabağ” – “Sumqayıt” görüşünün birinci hissəsi başlayar-başlamaq qonaq komandanın tərəfdarları ilə “köhlən atlılar”ın azarkeşləri arasında münaqişə yaranıb.

Nəticədə, polis hadisəyə müdaxilə etmək məcburiyyətində qalıb. Futbolinfo.az xəbər verir ki, polis “Qarabağ”ın fanatlarından bir neçəsinə qarşı zor tətbiq edib. Hətta onlardan vəhşicəsinə döyülənlər də olub. İki nəfərin polis tərəfindən bölməyə aparıldığı bildirilir.

Baş verənlərə etiraz olaraq, “Qarabağ” azarkeşləri stadionu tərk etməyə qərar veriblər.

Həmin kateqoriyadan