Polşa klubu Çağırış kubokunda ABU-ya rəqib olub

Qadın həndbolçular arasında Çağırış kubokunun 1/8 final mərhələsinin püşkü atılıb. Allsport.az saytı xəbər verir ki, Vyanada baş tutan mərasimdə bizim ABU klubu rəqibi bilinib.

Rəfiqə Şabanovanın komandası Polşa “Kram Start Elblaq”l ilə qarşılaşacaq. İlk görüş 4-5 fevralda Bakıda, cavab oyunu bir həftə sonra səfərdə keçiriləcək. Hazırda millinin əsasını təşkil edən ABU Kiyevdə səfərdədir.

Həmin kateqoriyadan