Polşa voleybolçuları Azərbaycana qələbə üçün yollanacaq

“Biz Azərbaycana qələbə üçün yollanacağıq. Yer aldığımız qrupda Azərbaycan, Almaniya və Macarıstan komandalarına qarşı mübarizə aparacağıq. Avropa çempionatının gərgin mübarizə şəraitində keçəcəyini indidən demək olar”. Allsport.az saytı xəbər verir ki, bu sözü Polşa Voleybol Federasiyasının vitse-prezidenti Yatsek Sek gələn il Azərbaycanın və Gürcüstanın ev sahibliyi edəcəyi qadın voleybolçulardan ibarət milli komandalar arasında Avropa çempionatı ilə əlaqədar AzərTAc-ın sorğusuna cavabında bildirib.

Polşa millisinin əsas hədəfinin qrupu birinci pillədə başa vurmaq olduğunu qeyd edən vitse-prezident vurğulayıb: “Komandamız çalışacaq ki, qrupda birinci yeri tutaraq növbəti mərhələdə “C” qrupunun favoriti olan Rusiya millisi ilə üz-üzə gəlməsin. Azərbaycan millisi doğma azarkeşlər önündə çıxış edəcək. Bu, onlar üçün üstünlük hesab oluna bilər. Almaniya millisi isə çox təhlükəli rəqibdir. Sabit çıxışı ilə hər zaman diqqət mərkəzində olur. Macarıstan voleybolçularını da xüsusi vurğulamaq lazımdır”.

Həmin kateqoriyadan