Polşada qələbə “Azərreyl”in növbəti mərhələyə adlamasına yetmədi

Qadın voleybolçuların cempionlar liqasında qrup mərhələsi başa çatıb. Allsport.az saytı xəbər verir ki, “Azərreyl” son görüşdə Polşada “Dabrova Qornitsa”nın qonağı olub. Matç “dəmirqolçular”ın qələbəsi ilə bitib – 3:2 (26:24, 16:25, 25:22, 18:25, 15:10).

Bu qələbə ölkə çempionumuzun pley-ofa çıxmasına kömək etməyib. 2-ci yerlərlə müqayisədə, ən yaxşı 2 komandadan biri olmaq üçün mütləq 3 xal qazanmalı olan “Azərreyl” bunu bacarmayıb. “Dəmirqolçular” cari mövsümdə “C” qrupunda 4 qələbə, 2 yenilgi ilə çıxışını başa vurub.

 

Həmin kateqoriyadan