Polşadan 5 medalla

Bədii gimnastlarımız Polşa paytaxtı Varşavada “İrina kuboku”nda uğurla çıxış ediblər. Allsport.az saytı xəbər verir ki, yarışda ilk medalı milli komandamızın gənclərdən ibarət qrup hərəkətləri komandası qazanıb.

Fəridə Səfiyarzadə, Milana Əkbərova, Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə və Nəzrin Cəfərzadədən ibarət komandamız çoxnövçülük yarışlarında turnirin qızıl medalını qazanıblar.

Fərdi proqramda da gimnastlarımız yarışları medalla başa vurublar. Nərminə Səmədova komandamızın hesabına 3 medal yazdırıb. O, gürzlər və iplə icrasına görə, fəxri kürsünün ilk pilləsinə yüksələrək qızıl medala sahib olub. Çoxnövçülük proqramında isə gimnastımız bürünc medal qazanıb.

Digər təmsilçimiz Arzu Cəlilova isə iplə hərəkətlərinə görə gümüş medala yetişib.

Həmin kateqoriyadan