Pouerliftinq federasiyası ölkəmizdə keçirilməli olan dünya çempionatından imtina edib

Pouerliftinq federasiyası bu il ölkəmizdə keçiriləcəyi nəzərdə tutulan dünya çempionatından imtina edib. Allsport.az saytı xəbər verir ki, buna səbəb dopinq nəzarətin zəif olmasıdır.

Bütün dünya hal-hazırda dopinqlə mübarizə aparır və biz də buna qoşuluruq. Dopinq nəzarət olmayan versiyada bizim iştirakımız baş tutmayacaq. 2017-ci ildən artıq pouerliftinq idman növünün İPF – versiyasından istifadə etməyi nəzərdə tutur. Biz sağlam ruhda və sağlam düşüncəli idmançılar yetişdiririk” – deyə, Pouerliftinq federasiyasının prezidenti Ələddin Əliyev söyləyib.

Həmin kateqoriyadan