Pouerliftinq millimiz Avropa uğurunu Heydər Əliyevin anım gününə həsr edib

Pouerliftinq millimiz WRPF versiyası üzrə Avropa çempionatında ugurunu ümummilli lider Heydər Əliyevin anım gününə həsr edib. Allsport.az saytı xəbər verir ki, Sankt-Peterburqda keçirilmiş yarışda 16 ölkə iştirak edib.

Elmir Tarverdiyev (60 kq), Rövşən Xəlilov (75 kq), Ramil Əhmədov (100 kq), Razim Hüseynov (125 kq) 1 ci, Nihad Quliyev (90 kq) 2-ci, Roman Əhmədov 3-cü olublar.

Bencpressdə Gündüz ismailov (82,5 kq), Behlul Agayev (100 kq), deadliftdə Ədile Qurbanova (60 kq) qızıl medal qazanıblar.

Mütləq çempionluqda Rövşən Xəlilovla Razim Hüseynov 3-cü yerə çıxıblar.

Həmin kateqoriyadan