Premyer liqa futbolçuları Bundesliqadan 60 faiz çox qazanır

Britaniyanın «Deyli meyl» nəşri dünya futbol liqalarında futbolçuların məvacibləri ilə bağlı maraqlı araşdırma aparıb. «Allsport.az» nəşrin internet saytının məlumatına istinadən İngiltərə Premyer liqasında bir futbolçunun il ərzində orta hesabla 2,3 milyon funt sterlinq qazandığını yazır.

Başqa sözlə, bir futbolçu həftə ərzində 43,717 funt alır. Buna əsasən, İngiltərə Premyer liqası dünyanın ən «məvacibli» çempionatıdır. Bu göstərici ilə o, ən yaxın izləyicsi Almaniya Bundesliqasını 60 faiz qabaqlayır. Bundesliqada bir futbolçu orta hesabla 1,46 milyon, yaxud həftəyə 28,011 funt qazanır.

Siyahıda 1,3 milyon funt illik və ya 25,263 funt həftəliklə 3-cü yeri İtaliya «A» Seriyası tutur. İspaniya La liqası bu sırada yalnız 4-cüdür: bir futbolçuya orta 1,2 milyon illik və ya 23,327 həftəlik.

İlk onluqda Fransa Liqa 1-i (ilə – 987,933 və ya həftəyə – 18,999), Rusiya Premyer-liqası (901,600; 17,338), Braziliya «A» Seriyası (583,333; 11,218), İngiltərə 1-ci divizionu sayılan «Çəmpionşip» (486,033; 9,347) və Türkiyə Superliqası (446,056; 8,578) və Meksika Liqası (265,625; 5,108) yer alıblar.

Klubların gəlirlərinə görə də ingiltrə öndə gəlir. Burada hər bir klub il ərzində orta hesabla 155 milyon funt sterlinqş əldə edir. Futbolçu maaşında olduğu kimi, bu siyahıda da Bundesliqa 2-cidir: 90 milyon funt. 3-cü yerdə dəyişilik var. İspaniya klubları ortalama 77,5 milyonla İtaliya «A» Seriya təmsilçilərini (71,7 milyon) xeyli qabaqlayırlar.

Digər göstəriciləri cədvəldə əyani müşahidə etmək olar.

Həmin kateqoriyadan