“Premyer Liqa ilə 1-ci divizion arasında böyük uçurum var”

Futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Rəvan” üzərində qələbə qazanan “Simurq” növbəti mərhələyə vəsiqə qazandı. Allsport.az xəbər verir ki, oyundan sonra hər iki komandanın baş məşqçisi oyunla bağlı fikirlərini açıqlayıb:

Ramil Əliyev (“Rəvan”ın baş məşqçisi): “Simurq” Premyer Liqada çox yaxşı çıxış edir. Bu gün də rəqib layiqli qələbə qazandı. Heyətimizdə gənc oyunçular çoxdur. Premyer Liqa ilə 1-ci divizion arasında böyük uçurum var. Səviyyə fərqi öz sözünü dedi. Məğlubiyyəti faciəyə çevirməyəcəyik. Qarşıdakı oyunlara hazırlaşmalıyıq”.

Georgi Çixradze (“Simurq”un baş məşqçisi): “Mərhələnin taleyi bir oyunla həll olunur. Ona görə də nəticə vacibdir. Biz bu gün yaxşı oyun sərgilədik və qollar vurduq. Qələbə münasibəti ilə futbolçuları və azarkeşlərimizi təbrik edirəm, onlara təşəkkür edirəm”.

Həmin kateqoriyadan