“Prezident İlham Əliyevin final görüşümü canlı izləməsi məni qürurlandırdı”

“Prezident İlham Əliyevin final görüşümü canlı izləməsi məni qürurlandırdı. Bu, olduqca çətin və məsuliyyətli görüş idi. Yarışın əvvəlində həyəcanlı idim. Öz evimdə, doğma azarkeşlər qarşısında uduzmaq mənim üçün çox çətin olardı. Buna görə də əlimdən gələni edib yarışdan qalibiyyətlə ayrıldım”.

Allsport.az saytının məlumatına görə, bu sözü Azərtac-a 1-ci Avropa Oyunlarında 97 kq-da Azərbaycana qızıl medal qazandıran sərbəst güləşçi Xetaq Qazyumov deyib.

Pəhləvanımız bildirib ki, yarımfinalda Rusiya idmançısı Abdusalam Qadisov üzərində çaldığı qələbə xüsusi önəm kəsb edib: “Ötən il Rusiya təmsilçisi məni məğlub etmişdi. Deməzdim ki bu görüş bir revanş xarakteri daşıyır. Bu dəfə mənim bəxtim gətirdi. Amma gələcəkdə də onunla görüşlərimiz olacaq”.

Həmin kateqoriyadan