Prezident kubokunda finalçılar müəyyənləşdi

Binə Atçılıq Mərkəzinin qapalı manejində çövkən milli atüstü oyunları üzrə Prezident kuboku uğrunda turnir sona yaxınlaşır. Allsport.az xəbər verir ki, 10-cu dəfə keçirilən yarışlarda respublikanın 24 komandası fəxri mükafat uğrunda mübarizə aparırdı.

Təsnifat oyunlarından sonra turnirin yarımfinal görüşləri keçirilib. Həmin mərhələdə meydana əvvəlcə “Ağstafa” və “Ağcabədi” komandaları çıxıblar. Görüş Ağcabədi təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Günün digər yarımfinal oyunu isə daha maraqlı alınıb. “Sərhədçi” və “Polad” komandalarının görüşünün əsas vaxtında hesab açılmayıb. Oyuna əlavə olunmuş hissədə komandalar hərəyə bir dəfə fərqlənməyi bacarıblar. Lakin görüşün əsas vaxtında olduğu kimi əlavə vaxtda da qalib müəyyənləşməyib. Nəticədə oyun sonrası penalti zərbələrindən istifadə olunub. Burda isə daha dəqiq oynayan “Sərhədçi” klubunun çövkən ustaları qələbə qazanıblar.

Beləlikl, dekabrın 23-də, saat 14:00-da start götürəcək final görüşündə “Ağcabədi” və “Sərhədçi” komandaları üz üzə gələcəklər.

Həmin kateqoriyadan