Prezident kubokunun final mərhələsi Binə Atçılıq Mərkəzində

Çövkən üzrə 10-cu Prezident kubokunun həlledici mərhələsi Binə Atçılıq Mərkəzində olacaq. Allsport.az xəbər verir ki, dekabrın 22-də Binə Atçılıq Mərkəzinin qapalı manejində çövkən milli atüstü oyunları üzrə 10-cu Prezident kubokunun yarımfinal oyunları keçiriləcək.

Saat 12:00-da başlayacaq ilk oyunda meydana “Ağstafa” və “Ağcabədi” komandaları çıxacaqlar. Günün digər yarımfinal oyununda isə “Sərhədçi” və “Polad” komandaları görüşəcəklər.

Bir gün sonra isə eyni məkanda final oyunu olacaq. Prezident kubokunun qalibini müəyyən edəcək qarşılaşma saat 12:00-da başlayacaq.

Həmin kateqoriyadan