Prosineçki Nazarovdan imtina etdi, Ramazanova dəvət göndərdi

Azərbaycan milli komandasının noyabrın 17-də Bakı Olimpiya Stadionunda Moldova yığması ilə keçirəcəyi beynəlxalq yoldaşlıq oyunu üçün açıqlanmış heyətində dəyişiklik edilib. Allsport.az xəbər verir ki, Almaniyanın “Karlsrue” klubunun üzvü Dmitri Nazarov zədələndiyi üçün millinin toplanışında iştirak etməyəcək.

Heyətlə bağlı daha bir yenilik baş məşqçi Robert Prosineçkinin “Sumqayıt” klubunun futbolçusu Ağabala Ramazanovu milli komandanın toplanışına dəvət eməsidir.

Həmin kateqoriyadan