“Proyssen” səfərdə heç-heçə etdi, Rüfət Dadaşov 2 məhsuldar ötürmə verdi

Almaniya 3-cü liqasının 35-ci turunda “Proyssen” səfərdə Braunşveyq “Ayntraxt”ı ilə qarşılaşıb. Allsport.az saytı xəbər verir ki, “qartallar” bu oyunda məhsuldar heç-heçə edib (3:3).

Millinin hücumçusu Rüfət Dadaşov sonadək oynayıb. O, komandasının ilk 2 qolunun ötürməsini verib.

Münster təmsilçisi 35 turdan sonra 49 xalla 6-cı yerdə qalıb.

Həmin kateqoriyadan