“Qəbələ” Antalyaya təlim-məşq toplanışına gedəcək

“Qəbələ”nin qış hazırlıq planları müəyyənləşir. Allsport.az xəbər verir ki, “qırmızı-qaralar” həmişə olduğu kimi, qış fasiləsində Türkyənin Antalya bölgəsində təlim-məşq toplanışında olacaq.

Gələn il yanvarın 10-da başlayacaq hazırlıq 27-dək davam edəcək. Qıs hazırlığı üçün 2012-ci ildən bu yana Antalyanın Belek bölgəsində yerləşən “Gloria Serenity” otelini məskən seçən “Qəbələ” bu dəfə də həmin məkana üz tutacaq.

Komanda yanvarın 10-da həmin məkanda yığışacaq. Heyətin əcnəbi üzvləri Türkiyəyə birbaşa öz vətənlərindən gələcəklər. Yerli futbolçular isə köməkçi məşqçi Sənan Qurbanovun rəhbərliyi ilə Antalyaya Bakıdan yollanacaqlar.

17 günlük qış hazırlığı dövründə “Qəbələ”nin 4-5 yoxlama oyunu keçirməsi nəzərdə tutulub. Rəqiblər arasında Ukrayna, Bolqarıstan klublarının olacağı gözlənilir. Matçların tarixləri və rəqiblərin adları dəqiqləşdikdən sonra açıqlanacaq.

Roman Qriqorçukun yetirmələri yanvarın 27-də vətənə dönərək hazırlığın son günlərini burada keçirəcəklər. Komanda 3-cü dövrəyə yanvarın 30-da “Kəpəz”lə səfər oyunu ilə start verəcək.

Həmin kateqoriyadan