“Qəbələ” avroliqaya 18 futbolçu sifariş edib

“Qəbələ”nin Avropa liqasının 1-ci təsnifatı üçün heyəti müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar” Lüksemburqun “Proqres” klubu ilə oyunlar üçün ilkin sifariş vərəqini UEFA-ya təqdim edib. Quruma göndərilən “A” vərəqində 18 futbolçu yer alıb. 1-ci matç iyulun 12-də evdə, cavab görüşü ayın 19-da səfərdə olacaq.

Qapıçılar: 22. Dmitri Bezotosnı, 30. Aqil Məmmədov;

Müdafiəçilər: 34. Ürfan Abbasov, 18. İlqar Qurbanov, 33. Təmkin Xəlilzadə, 27. Bəhlul Mustafazadə, 5. Rasim Ramaldanov, 3. Voyislav Stankoviç;

Yarımmüdafiəçilər: 8. Qismət Alıyev, 21. Lalavele Atakora, 14. Cavid Hüseynov, 7. Roman Hüseynov, 4. Elvin Camalov, 88. Sabien Lilay, 11. Asif Məmmədov;

Hücumçular: 28. Stiven Cosef-Monroz, 10. Rauf Əliyev, 17. Ceyms Adeniyi.

Həmin kateqoriyadan