“Qəbələ” Avropa Liqasının növbəti antirekordçusu oldu – 6 oyunda 6 məğlubiyyət

Bu gün Avropa Liqasının “C” qrupunda “Qəbələ” Almaniyada “Maynts” klubu ilə üz-üzə gəlib. Allsport.az saytı xəbər verir ki, bu görüş Azərbaycan təmsilçisi üçün mühüm əhəmiyyət kəsb edib. Qrup mərhələsini xalsız başa vurmamaq üçün Roman Qriqorçukun komandası ən azı, heç-heçə etməli idi.

Amma digər görüşlərdə olduğu kimi, bu matçda da “qara-qırmızılar” məğlub olublar – 0:2. Qrupunun digər oyununda Belçika “Anderlext”i doğma meydanda Fransa “Sent-Etyen”ini ilə qarşılaşıb. Qonaqlar səfərdə əzmkar qələbə qazanıblar (3:2).

Qeyd edək ki, yarış avroliqa adlanandan, İrlaniya “Şemrok Rovers”i (2011/12), Slovakiya “Slovan”ı (2014/15) və Ukrayna “Metallurq”u (2014/15) qrupu xalsız başa vurublar.

Həmin kateqoriyadan