“Qəbələ” azarkeşləri Əliyar Ağayevi təhqir edib

Premyer liqanın 2-ci turunda keçirilən “Qəbələ” – “Sumqayıt” (1:0) oyunundan sonra gərgin anlar yaşanıb, qalmaqal baş verib. Allsport.az saytı sport24.az-a istinadla xəbər verir ki, matçdan sonra hakim idarəçiliyindən narazı qalan yerli azarkeşlər qarşılaşmanın baş hakimi Əliyar Ağayevə sərt şəkildə etiraz ediblər.

Onlar ədalət təmsilçisini matçları düzgün idarə etməyini istədiklərini bildiriblər. FİFA referisi cavabında səhvə yol vermədiyini, ədaləti qoruduğunu bildirdikdən sonra isə, fanatlar onu təhqir ediblər. Tərəflər arasında yaşanan insidenti mühafizəçilər və klub rəsmiləri sakitləşdirib.

Qeyd edək ki, Ağayevin idarəçiliyindən meydan sahiblərinin baş məşqçisi Roman Qriqorçuk da kəskin narazılığını bildirib.

Həmin kateqoriyadan