“Qəbələ” debütantla matça 2 itki ilə hazırlaşır

“Qəbələ” premyer liqanın 5-ci turunun çalışmalarını davam etdirir. Allsport.az saytı xəbər verir ki, 1-günlük istirahətdən sonra “qırmızı-qaralar” Bakıda bir araya gəlib.

Komanda debütant “Səbail” klubu ilə səfər matçının hazırlığı çərçivəsində gündə bir dəfə məşqə çıxır. Zədə səbəbindən 2 futbolçu təlimlərdən kənar qalıb.

Bunlar ötən turun “Zirə” ilə matçında zədələnən Filip Ozobiçlə Stiven Jozef-Monrozdur. bu komandalar arasında oyun sentyabrın 17-də paytaxtda keçiriləcək.

Həmin kateqoriyadan