“Qəbələ” futbol akademiyasına seçim

“Qəbələ” futbol akademiyası aşağı yaş qruplarına yay seçimləri elan edir. Allsport.az saytı xəbər verir ki, seçimlər Qəbələ şəhər stadionunda mayın 25-də  2002-2010-cu il təvəllüdlü futbolçular arasında keçiriləcək. İştirak etmək istəyən futbolçular qeydiyyatdan keçmək üçün aşağıda göstərilən əlaqə nömrəsinə və ya email ünvanına adını, soyadını və doğum tarixini göndərməli, seçimlərə gələrkən şəhadətnamə və ya şəxsiyyət vəsiqələrinin surətini gətirməlidirlər.

Tel: 050 290 00 63, 055 511 39 65 
Email: recruitment@gabalafc.az 
Seçim tarixi: Qəbələ şəhər stadionu 
25 may – 2002, 2003, 2004, 2005, 2006, 2007, 2008, 2009, 2010-cu il təvəllüdlü futbolçular 

Seçimlər saat 09:30-da başlayacaq. Xatırladaq ki, ilkin seçim mərhələsində göstərilən təvəllüdlərə uyğun istənilən şəxs iştirak edə bilər. Əgər sən də özündə futbolçu istedadı hiss edirsənsə, seçimlərə qatıl. Qələbəyə “Qəbələ” ilə addımla!!!

Həmin kateqoriyadan