“Qəbələ” klublararası Avropa çempionatında

25-26 noyabrda Antalya şəhərində taekvondo üzrə klublararası 2-ci Avropa çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, G1 dərəcəli yarışlarda ölkəmiz böyük heyətlə təmsil olunacaq. Azərbaycanda fəaliyyət göstərən klublarından – DİN İC (6), “Qəbələ” (3), “Gilan” (7), “Gömrükçü” (7), “Neftçi” (15), “Savalan” (6), və “Sümqayıt”dan (9) cəmdə 53 idmançı dayanq üzərinə çıxacaq.

İki gün sonra, ayin 28-30-da Dünya Taekvondo Federasiyası və Türkiyə Taekvondo Federasiyası tərəfində təşkil edilən G1 kateqoriyalı “TURKİSH OPEN”-də klublardan yalnız “Neftçi” və “Gilan”nın üzvləri millinin tərkibində qüvvələrini sınayacaqlar. Ümumilikdə, semə komanda bu rəqabətdə 38 idmançı ilə qatılacaq.

23 noyabrda Antalya yollancaq heyətə  ATF-in vitse-prezidenti Nyaməddin Paşayev və baş katib Həmid Məmmədov rəhbərlik edəcək. Yarışın hakimlər briqadasında Elşən Quliyev və Elşad Məmmədov yer alacaqlar.

ETU TURKISH OPEN 27-30 NEVEMBER 2014 loqo

Həmin kateqoriyadan