“Qəbələ” Makedoniya klubuna qalib gəlib

Antalyada təlim-məşq toplanışında olan “Qəbələ” bu gün növbəti yoxlama oyununa çıxıb. Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar” Makedoniyanın “Rabotniçki” komandası ilə qarşılaşıblar və rəqibə 2:1 qalib gəliblər

Roman Qriqorçukun komandası Türkiyədə hazırlıq çərçivəsində daha öncə “Ağhasar Bələdiyəspor” (1:1) və İsveçrənin “Sürix” (0:1) klubları ilə görüşüb.

Həmin kateqoriyadan