“Qəbələ” ölkə kuboku rayon ictimaiyyətinə Respublika günündə təqdim edəcək

“Qəbələ” ölkə kubokunun doğma şəhərində təqdimatını edəcək. Allsport.az saytı xəbər verir ki, mayın 19-da Naxçıvanda qazanılan mükafat Qəbələyə əlamətdar gündə aparılacaq.

Klubun qazandığı ilk kubok 28 may – Respublika günündə azarkeşlərə təqdim olunacaq. Bununla əlaqədar Qəbələ şəhər stadionunda bayram tədbiri təşkil ediləcək. Tədbir saat 19:00-da başlanacaq.

Xatırladaq ki, “qara-qırmızılar” finalda “Sumqayıt”a 1:0 qalib gəlib.

Həmin kateqoriyadan