“Qəbələ” paytaxtda hazırlaşır

“Qəbələ” premyer liqanın 2-ci dövrəsinə hazırlığını davam etdirir. Allsport.az saytı xəbər verir ki, “Səbail” klubu ilə oktyabrın 13-də keçirilən yoxlama oyunundan sonra, 1-günlük istirahətə buraxılan “qırmızı-qaralar” bu gün paytaxtda bir araya gəlib.

8-ci turun “Neftçi” ilə ev matçına hazırlaşan komandanın məşqi günün ilk yarısına təsadüf edib. “Bakı”nın təlim-məşq bazasında gerçəkləşən hazırlıq prosesi iki hissədən ibarət olub. Futbolçular öncə fiziki hazırıq keçib, ardınca meydanda toplu çalışmaları yerinə yetirib.

Azərbaycan milli komandasının heyətindən qayıdan Təmkin Xəlilzadə və Ürfan Abbasov da artıq “Qəbələ”nin düşərgəsində olsa da, yığmalara çağırılan digər oyunçular hazırlıqda iştirak etmir. Sabahkı məşqini də Bakıda gerçəkləşdirəcək “qırmızı-qaralar” oktyabrın 17-də Qəbələyə yollanacaq.

Xatırladaq ki, 8-ci turun “Neftçi” ilə keçiriləcək oyunu oktyabrın 20-də Qəbələ şəhər stadionunda baş tutacaq. Matçın start fiti saat 17:00-da veriləcək.

Həmin kateqoriyadan