FOTO
“Qəbələ” PSV ilə matça hazırdır

2014/15 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən “Qəbələ” toplanışın 5-ci gününü 2 məşqlə yekunlaşdırıb. Allsport.az xəbər verir ki, Roman Qriqorçukun rəhbərliyi altında baş tutan məşqlərdə komanda əsasən toplu çalışmalar və müxtəlif fiziki təmrinlər yerinə yetirib.

Günə qapıya zərbələrlə yekun vurulub. Pavol Farkaş zədə səbəbindən məşq prosesində iştirak etməyib. Bərpa prosesi keçən Ekiqo Ehiosun isə fərdi qaçışla kifayətlənib.

Xatırladaq ki, “Qəbələ” bu gün – yanvarın 10-da təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirəcək. Sözügedən matçda “qırmızı-qaralar” PSV-nin (Hollandiya) ikinci komandası ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.

Həmin kateqoriyadan