“Qəbələ” qapıçı Andrey Popoviçlə ayrıldı

“Qəbələ” qapıçı Andrey Popoviçlə yollarını ayırıb. Allsport.az klub saytı xəbər verir ki, 2015-ci ilin yayından “qırmızı-qara” forma geyinən 24 yaşlı futbolçu komandanın heyətində 1 mövsüm çıxış edib.

Qolkiper 2015-2016-cı illər mövsümündə “Qəbələ”də 10 oyun keçirib, 14 qol buraxıb. Premyer Liqada 8 matçda 11 dəfə qola üzülən qapıçı, Azərbaycan kubokundakı yeganə oyunda qapısını toxunulmaz saxlayıb.

O, Popoviç UEFA Avropa Liqasında keçirdiyi matçda 3 top buraxıb. Andrey “qırmızı-qaralar”ın heyətində Topaz Premyer Liqasının bürünc mükafatını qazanıb.

Həmin kateqoriyadan