“Qəbələ” “Qarabağ”la, “Bakı” “Xəzər Lənkəran”la eyni qrupda

Bu gün AFFA-nın inzibati binasında “Bakcell U-14 Elit Kuboku”nun püşkatma mərasimi keçirilib. Allsport.az xəbər verir ki, püşk atılmazdan öncə turnir haqda qısa məlumat verilərək qeyd olunub ki, “Bakcell U-14 Elit Kuboku” artıq üçüncü ildir keçirilir və ikinci dəfədir ki, Bakcell şirkəti turnirə sponsorluq edir.

“Bakcell U-14 Elit Kuboku”nda oyunlar mərkəzləşdirilmiş qaydada Bakı şəhərində keçirilir. Turnirin əsas məqsədi liqalarda yaranan qış fasiləsindən səmərəli istifadə, oyunçuların təcrübəsinin artırılması və müvafiq yaş qruplu yığma komandalara seçim imkanının genişləndirilməsidir.

Püşkün nəticəsinə əsasən, qrupların tərkibi aşağıdakı kimi müəyyənləşib:

A qrupu: Bakı, Xəzər Lənkəran, AZAL, Qərb Elit yığması

B qrupu: Qəbələ, Qarabağ, Şimal-Qərb Elit yığması, Mərkəz Elit yığması

C qrupu: İnter, Rəvan, Şimal Elit yığması, Cənub Elit yığması

D qrupu: Neftçi, Sumqayıt, Vətən, Naxçıvan Elit yığması

Həmin kateqoriyadan