“Qəbələ” Qori “Dila”sına qalib gəlib

Premyer Liqanın bürünc mükafatçısı “Qəbələ” bu gün Gürcüstan toplanışında ilk yoxlama görüşünü keçirib. Allsport.az saytı xəbər verir ki, Roman Qriqorçukun komandasının rəqibi Qori “Dila”sı olub.

Qarşılaşma Azərbaycan klubunun inamlı qələbəsi ilə başa çatıb. İlk yarıda hesab açılmasa da, fasilədən sonra qəbələlilər rəqib qapısından 2 top keçirə biliblər.

Qeyd edək ki, ölkəmizi Avropa Liqasında təmsil edəcək “qırmızı-qaralar” yeni mövsümün hazırlığı çərçivəsində ilk iki oyunu paytaxtımızda “Bakı”ya qarşı keçirib və ilk oyunda 1:1 hesablı heç-heçəyə razılaşıb, sonuncu görüşdə isə 3:0 hesablı qələbə qazanıb.

Həmin kateqoriyadan