YENİLƏNİB
“Qəbələ” “Kuban”a məğlub oldu

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” bu gün hazırlıq çərçivəsində növbəti yoxlama matçına çıxıb. Allsport.az xəbər verir ki, Roman Qriqorçukun komandası Antalyada Rusiyanın “Kuban” klubu ilə münasibətlərinə aydınlıq gətirib.

Matçın ilk dəqiqələrində iki qol vuran “Kuban” təmsilçimizə qalib gəlib.

Qeyd edək ki, “Qəbələ” bundan öncəki yoxlama oyunlarında PSV-nin (Hollandiya) ikinci komandası ilə qolsuz heç-heçə edib, Türkiyə “Əskişəhərspor”una 1:3 hesabı ilə uduzub, “Vorskla”nı (Ukrayna) 2:1, “Adanaspor”u (Türkiyə) 3:2 hesabı ilə məğlub edib.

Yoxlama oyunu
23 yanvar

“Qəbələ” – “Kuban” – 0:2
Qollar: S.Tkaçyov, 3 (0:1). İ.Balde, 14 (0:2).

“Qəbələ” oyuna aşağıdakı heyətlə çıxıb: 27. Dmitri Bezotosnı (30. Anar Nəzirov, 46), 7. Ruslan Əmircanov, 15. Ruslan Abışov (k), 44. Rafael Santos, 34. Ürfan Abbasov (16. Ruslan Tağızadə, 26), 14. Cavid Hüseynov (99. Tellur Mütəllimov, 79), 4. Elvin Camalov (9. Viktor Mendi, 46), 27. Bəxtiyar Soltanov (90. Ekiqo Ehiosun, 36), 6. Rəşad Sadiqov, 19. Aleksey Qay, 18. Ruslan Fomin.

Həmin kateqoriyadan