“Qəbələ” “Sumqayıt”la oyuna paytaxtda hazırlaşır

Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində dekabrın 18-də Sumqayıtda eyniadlı komanda ilə üz-üzə gələcək “Qəbələ” matçın hazırlıqlarına start verib. Allsport.az xəbər verir ki, ötən turdan (“Qəbələ” – “Qarabağ” 2:1) sonra bir gün istirahət edən, ardından isə Bakıya üz tutan “qırmızı-qaralar” dekabrın 16-dan məşq prosesini bərpa edib.

Hazırlıqlarını paytaxtda keçən “Qəbələ” istirahətdən sonra ilk məşqini AzDBTİA-nın stadionunda keçirib. Məşqə əməliyyat olunan Ruslan Əmircanovla yanaşı, zədəli Viktor Mendi və Vladimir Levin də qatılmayıb. Bu gün də Bakıda məşq edəcək komanda matçın hazırlığını “Bayıl Arena”da tamamlayacaq.

Qeyd edək ki, dekabrın 18-də Sumqayıtdakı “Kapital Bank Arena”da baş tutacaq “Sumqayıt” – “Qəbələ” qarşılaşması saat 15:00-da başlayacaq.

Həmin kateqoriyadan