“Qəbələ” toplanışı darmadağın ilə yekunlaşdırdı

Təlim-məşq məqsədilə Antalyada olan “Qəbələ”nin 15 yaşa qədər futbolçulardan ibarət komandası ötən gün sözügedən bölgədə üçüncü – sonuncu sınaq oyununu keçirib. Allsport.az xəbər verir ki, daha öncə yerli “Antalyaspor” U-15 (0:2) və “Kunduspor” U-17 (2:2) ilə qarşılaşan təmsilçimiz bu dəfə “Laraspor”un U-15 komandası ilə üz-üzə gəlib.

Matç “qırmızı-qaralar”ın 6:0-lıq qələbəsi ilə yekunlaşıb. “Qəbələ”nin heyətində Kamran Quliyev (4) və Məhəmməd Abbaslı (2) fərqlənib.

Bu matç ilə Antalyadakı təlim-məşq toplanışını yekunlaşdıran “Qəbələ”nin U-15 komandası bu gün səhər saatlarında vətənə dönüb.

Həmin kateqoriyadan