“Qəbələ” və “Neftçi” cərimələnib

Bu gün AFFA intizam komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirədən sonra Topaz premyer liqasının 7-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

“Neftçi” – “Sabah” matçının 75-ci dəqiqəsində ev sahibinin  futbolçusu Slavko Braliç 2-ci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən, o, 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

“Zirə” – “Qəbələ” matçı başa çatdıqdan sonra qonaqların baş məşqçisi Sənan Qurbanov oyun sonrası mətbuat konfransında iştirak etmədiyinə üçün, klub 800 manat cərimə olunub.

Həmin kateqoriyadan