“Qəbələ” və “Qarabağ” da yarımfinala adladı

Bu gün ölkə kubokunda 1/4 finalın son 2 cavab oyunu keçirilib. Allsport.az saytı xəbər verir ki, öncə Masazırda debütant “Sabah” ötən finalç “Qəbələ”ni qəbul edib. Əvəz matçında da 1:0 qalib gələn “qırmızı-qaralar” mərhələ adlayıb.

Günün digər görüşündə “Keşlə” ölkə çempionu “Qarabağ”ı qonaq edib. Bu komandaların mücadiləsi 1:1 bitib. Öz meydanında 1:0 üstün olmuş “köhlən atlılar” 1/2 finala çıxıb.

Növbəti etapda “Qarabağ” ilə “Qəbələ”, “Zirə” və “Sumqayıt” klubları qarşılaşacaqlar. İlk oyunlar 2019-cu il aprelin 23-də, cavab görüşləri mayın 1-də olacaq.

Həmin kateqoriyadan