“Qəbələ” – ya “Dinamo”, ya da “Enqordani”

Avropa liqasında ilkin mərhələnin cavab oyunları keçirilir. Allsport.az saytı xəbər verir ki, “Qəbələ”nin ehtimal rəqibləri olan “La Fiorita” (San Marino) ilə “Enqordani” (Andorra) də cavab görüşünə çıxıblar. 1-ci matçda andorralılar 1:0 hesablı qələbə qazanmışdılar.

Cavab görüşündə də 2:1 hesabıyla üstün olan “Enqordani” 1-ci ələməyə adlayıb. Qalib Gürcüstanın “Dinamo” klubu ilə mübarizə aparacaq. Məhz bu kollektivlərdən biri növbəti etapda “Qəbələ” ilə qarşılaşacaq.

Ardıcıl 6-cı dəfə bu turnirdə qüvvəsini sınayacaq “qara-qırmızılar” yeni mövsümdəki ilk oyununu iyulun 25-də evdə keçirəcək. Əvəz matçı avqustun 1-də səfərdə olacaq. 1-ci təsnifat mərhələsinin oyunları isə iyulun 11-də və 18-də keçiriləcək.

Həmin kateqoriyadan