“Qəbələ” yurda məğlub qayıdır

Bu gün “Qəbələ” Antalyada sonuncu sınaq matçını keçirib. Allsport.az xəbər verir ki, Roman Qriqorçukun komandası Makedoniya “Şkendiya”sı ilə üz-üzə gəlib və 0:2 məğlub olub.

“Qırmızı qaralar” əvvəlki yoxlama görüşlərində yerli  Türkiyənin “Ağhasar Bələdiyyəspor” (1:1), İsveçrənin “Sürix” (0:1), Makedoniyanın “Rabotniçki” (2:1), Rusiyanın “Arsenal” (3:3) və Çex Respublikasının “Bohemians” (1:3) klubları ilə oynayıb.

Həmin kateqoriyadan