Qəbələdə cüdo hakimləri üçün seminar

Cüdo federasiyası tərəfindən mütəmadi olaraq məşqçi-müəllimlər və hakimlər üçün seminarlar təşkil olunur. Allsport.az saytı xəbər verir ki, növbəti belə bir tədbir Qəbələdə baş tutub.

Ölkə birinciklərini idarə edən hakimlər, eləcə də “Şimal bölgəsi” regionunun məşqçi və müəllimləri üçün məşğələ keçirilib.

Toplantıda hakimlər komitəsinin üzvləri Tərlan Həsənov, Telman Əhmədli, beynəlxalq dərəcəli hakimlər Mətin Rəhimli, Arzu Acalova iştirak ediblər. Seminarda gün ərzində həm nəzəri, həm də tatamidə praktiki məşgələlər olub.

Həmin kateqoriyadan