“Qəbələ”də 2 yeni futbolçu

2014-2015 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən “Qəbələ” toplanışın 17-ci gününü 2 məşqlə yekunlaşdırıb.

Allsport.az xəbər verir ki, Roman Qriqorçukun rəhbərliyi altında baş tutan məşqlərdə komanda əsasən toplu çalışmalar və müxtəlif fiziki təmrinlər yerinə yetirib.

Əvəzedici heyətlə Antalyaya gələn Bəhlul Mustafazadə və Emin Zamanov da əsas komandanın hazırlıq prosesinə cəlb olunub.

Həmin kateqoriyadan