“Qəbələ”də yeni serb məşqçi

“Qəbələ”nin məşqçilər heyətində dəyişiklik edilib. Allsport.az saytı xəbər verir ki, serbiyalı Miloş Yevtiç bundan sonra “qırmızı-qaralar”ın uğuru üçün çalışacaq.

O, Sənan Qurbanovun baş məşqçisi olduğu komandanı fiziki hazırlıq üzrə çalışdırıcaq.

Serb mütəxəssis bunadək Azərbaycanda “İnter” (indiki “Keşlə”), Qazaxıstanda “Kayrat” klublarında, həmçinin Gürcüstan millisində məşqçi kimi fəaliyyət göstərib.

Həmin kateqoriyadan