“Qara-qırmızılar”da yeni təyinat

“Qəbələ” klubunda yeni təyinat rəsmiləşib. Allsport.az xəbər verir ki, uzun müddətdir klubda çalışan İngiltərə futbolunun əfsanəsi Toni Adams yeni vəzifəyə təyin olunub. Böyük britaniyalı futbol veteranı bundan sonra “Qəbələ”nin futbol direktoru kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, İngiltərə millisində və “Arsenal”dakı çıxışları ilə məşhurlaşan Adams bunadək klubda iki fərqli vəzifədə çalışmışdı. 2010-cu ilin yayında Azərbaycandakı fəaliyyətinə baş məşqçi kimi başlayan ingiltərəli 2011-ci ilin noyabrınadək “qırmızı-qaralar”ın “sükanı arxasında” olub.

Bu müddətdə komandanı 47 rəsmi matça çıxaran Adams 2012-ci ilin aprelindən futbol direktoru təyin olunanadək “Qəbələ” klubunun prezidenti Tale Heydərovun müşaviri vəzifəsində fəaliyyət göstərib.

Həmin kateqoriyadan