“Qəbələ”dən böyük hesablı qələbə

“Qəbələ” futbol akademiyasının komandaları növbəti oyunlarını keçiriblər. Allsport.az saytı xəbər verir ki, bölgə klubunun təmsilçiləri AFFA-nın aşağı yaş qrupları üçün təşkil etdiyi liqalarda mövsümün 2-ci yarısına start veriblər.

Gənclər liqasında çıxış edən U-19 2019-cu ildə ilk sınağına çıxıb. Komanda “Neftçi” ilə ev oyununda qolsuz sülhə razılaşıb. 14 görüşdə 40 xal toplayan “Qəbələ” yarışın lideridir.

U-16 2019-da ilk qələbəsini “Sumqayıt”la görüşdə qazanıb. Bunadək “Zirə”yə 1:2 hesabı ilə uduzan “qırmızı-qaralar” ev oyununda 6:1 hesablı qələbəni rəsmiləşdirib. 16 görüşdə 40 xal toplayan komanda turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

Paytaxt zonasında çıxış edən U-13 “Təhsil RİM”lə qarşılaşıb. Matç bərabərliklə başa çatıb – 1:1. 14 matçda 20 xal toplayan komanda 8-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan