“Qəbələ”dən daha 3 qələbə

“Qəbələ” futbol akademiyasının komandaları 2018-ci ildə son oyunlarını keçiriblər. Allsport.az saytı xəbər verir ki, AFFA-nın təşkil etdiyi dəstələrdə mübarizə aparan klunun təmsilçiləri daha 3 qələbə qazanıblar. 

Gənclər liqasında çıxış edən U-19 “Sumqayıt”la səfər matçında 5 cavabsız qol vurub. 12 oyundan sonra hesabında 34 xal olan “qırmızı-qaralar” yarışın lideridir.

U-16 səfərdə “Gəncə TİM”in qapısından 4 cavabsız top keçirib. 14 matçda 43 xal toplayan “qara-qırmızılar” 1-ci pillədə qərarlaşıb. 

U-14 liqasının paytaxt zonasında “Əlincə” ilə oyun heç-heçə nəticələni – 2:2. 12 görüşdə 29 xal yığan “Qəbələ” qış fasiləsinə 1-ci yerdə yollanıb.

Həmin kateqoriyadan